İsveçdə Quran və İraq bayrağına təhqir! Nəhəng şirkətin lisenziyasını ləğv etdilər

17:47 20 İyul 2023

Daha əvvəl İsveçdə Qurani-Kərimi yandıran İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyi qarşısında Quranı və İraq bayrağını ayağının altına alaraq İslam dinini təhqir edib. Digər tərəfdən, İraq İsveç telekommunikasiya şirkəti Ericsson-un lisenziyasını ləğv edib.

Sitat.info xəbər verir ki, geniş polis mühafizəsi altında İraq səfirliyinin qarşısına gələn Momika ətrafdakı insanların reaksiyasına baxmayaraq, Quran və İraq bayrağını yerə ataraq İslama qarşı təhqiramiz sözlər səsləndirib.

Ayaqlarını Quran nüsxələrinin və İraq bayrağına silən Momika İraqda şiə lideri Müqtəda əs-Sədrin fotoşəkili olan kağız parçası ilə ayaqlarını silib, sonra isə İraq bayrağını yandırıb.

Momika həmçinin İsveç parlamentinin qarşısında Quranı yandırmaq üçün polisdən icazə istəyib. Polis indiyədək buna icazə verməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti