Cənubi Afrikada dəhşətli partlayış baş verib

18:42 20 İyul 2023

Cənubi Afrikanın Yohannesburq şəhərində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Cənubi Afrikanın Yohannesburq şəhərində partlayış baş verib. Şəhərin ən gur küçələrindən birində baş verən partlayış nəticəsində yolda böyük çat əmələ gəlib.

Yolun altından keçən təbii qaz xəttində baş verdiyi bildirilən partlayışda 1 nəfər ölüb, 41 nəfər yaralanıb. Yolda əmələ gələn çatlar nəticəsində xeyli sayda avtomobil aşıb, 34 avtomobilə ziyan dəyib.

Cənubi Afrika rəsmiləri partlayışda yaralanan 12 nəfərin xəstəxanada müalicə altına alındığını, şahidlər isə bunun şiddətli zəlzələ olduğunu düşündüklərini bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti