Bu ilin birinci yarısında dünyada təbii fəlakətlər nəticəsində iqtisadi itkilər 194 milyard dollar olduğu halda, bunun 91 milyard dollarını fevral ayında Türkiyə və Suriyada baş verən zəlzələlər təşkil edib.
Sitat.info xəbər verir ki, bu ilin birinci yarısında Londonda fəaliyyət göstərən sığorta və risklərin idarə edilməsi şirkəti "Aon" bütün dünyada təbii fəlakətlər nəticəsində iqtisadi itkilərə dair aparıcı məlumatlarını açıqlayıb.
Müvafiq olaraq, yanvar-iyun dövründə qlobal təbii fəlakətlərin vurduğu iqtisadi itkilər 194 milyard dollar təşkil edib. Bu rəqəm 21-ci əsrdə hər ilin birinci yarısını əhatə edən orta hesabla 128 milyard dollar iqtisadi itkidən xeyli yüksəkdir.
Qeyd edək ki, ötən il dünyada baş verən təbii fəlakətlər 6 ayda 143 milyard dollar iqtisadi itkiyə səbəb olub.
Seymur Bənnayev
Sitat.info