BMT: Müqəddəs kitabların və yerlərin təhqir edilməsi yolverilməzdir

23:43 20 İyul 2023

Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik İsveçdə Qurani-Kərimin təhqir olunması ilə bağlı: “Biz çox açıq şəkildə bəyan etmişik ki, müqəddəs kitablara və məkanlara hörmətsizlik qəbuledilməzdir”, - deyib.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualları cavablandırıb.

Bağdaddakı İsveç səfirliyinə basqın və Qurana təhqir kimi hadisələri izlədiklərini ifadə edən Dujarrik bizə lazım olanın qarşılıqlı hörmət olduğunu deyib.

İnsanların təxribata gəlməməsinin də vacib olduğunu qeyd edən Düjarrik, insanların başqalarının dinlərinə hörmət etmələri və zorakılıqdan çəkinmələri lazım olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti