Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi dəstək çərçivəsində 4 il müddətinə 20 milyard avro verməyi planlaşdırdıqlarını açıqlayıb.
Sitat.info xəbər verir ki, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısının sonunda açıqlama verən Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya "davamlı və proqnozlaşdırıla bilən" dəstəyin əhəmiyyətinə diqqət çəkib.
Borrell, Ukraynaya hərbi dəstək üçün istifadə edilən Avropa Sülh Fondunda bu ölkənin müdafiə ehtiyaclarını qarşılamaq üçün xüsusi bir hissə ayıraraq qarşıdakı 4 il üçün ildə 5 milyard avro təklif hazırladığını açıqladı.
“Bu, bizim ehtiyaclarımızın qiymətləndirilməsi və Ukrayna ilə bağlı uzunmüddətli təhlükəsizlik öhdəliklərimizin dəyəridir”, - Borrell deyib.
Seymur Bənnayev
Sitat.info