Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın Odessa və digər Ukrayna limanlarına hücumlarını kəskin şəkildə pisləyib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik yazılı açıqlama verib.
Hücumların Rusiya ilə BMT arasında anlaşma memorandumunu pozduğunu qeyd edən Düjarrik xatırladıb ki, bu razılaşmaya əsasən, Rusiya Ukrayna limanlarından ərzaq, günəbaxan yağı və gübrə ixracını asanlaşdırmağa razılaşıb.
"BMT-nin baş katibi Rusiyanın Odessa və digər Ukrayna limanlarına hücumlarını qətiyyətlə pisləyir. Hücumlar mülki infrastrukturlara ziyan vurur və bu beynəlxalq humanitar hüququn pozulması ola bilər", - Düjarrik bildirib.
Kənan Bənnayev
Sitat.info