Mustafayevlə Qriqoryan yenə sərhəddə görüşəcək

11:00 21 İyul 2023

Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində (Qazax rayonu istiqamətində) Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək.

Sitat.info xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edək ki, sonuncu görüş iyulun 12-də sərhəddə keçirilib.



Xəbər xətti