“İsrail hökumətinin həyata keçirməyə qərar verdiyi məhkəmə islahatlarından çox narahatıq”.
Sitat.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin mübahisəli “məhkəmə islahatı” ölkədə etirazlara səbəb olmağa davam edərkən, Kanadanın baş naziri Castin Trüdo mövzu ilə bağlı açıqlama verib.
Ontario əyalətində jurnalistlərə açıqlama verən Trüdo deyib: "İsrail hökumətinin həyata keçirməyə qərar verdiyi məhkəmə islahatlarından çox narahatıq".
Trüdo qeyd edib ki, islahatlar xalqın dəstəyi və razılığı ilə aparılmalıdır.
Seymur Bənnayev
Sitat.info