Sabiq nazir 8,5 il müddətinə həbs edildi

22:00 25 Mart 2022

Rumıniya Ali Məhkəməsi sabiq maliyyə naziri Sebastyan Vladeskunu 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Musavat.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, S.Vladesku korrupsiyada və 2005-ci ildə Rumıniya Dəmir Yollarına (CFR) dəstək olmaq üçün yönəldilmiş dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda təqsirli bilinib.

Ehtimala görə, 2005-2011-ci illər ərzində qeyri-qanuni əməliyyatların dövriyyəsi 100 milyon dollardan çox olub.

Qeyd edək ki, Vladesku 2005-2007-ci illərdə, həmçinin 2009-2010-cu illərdə Rumıniyanın Maliyyə Nazirliyinə rəhbərlik edib.



Xəbər xətti