Yunanıstanı bürüyən yanğınlarla mübarizə günlərdir davam edir. Paytaxt Afina bölgəsində yanğınlar yenidən alovlanıb. Xanthi və Salonikidə yeni yanğınlar başlasa da, alov Rodos və Lakoniyada daha geniş əraziyə yayılıb. 3 yanğına cavabdeh olan yanğınsöndürənin “yanğınları görmək məni həyəcanlandırır” açıqlaması böyük əks-səda doğurub.
Sitat.info xəbər verir ki, Yunanıstan günlərdir yanğınla mübarizə aparır. Ölkə ərazisində yanğınla mübarizə davam etsə də yanğınları söndürmək hələ də mümkün olmayıb.
Son 24 saat ərzində ümumilikdə daha 62 yanğın hadisəsi baş verib.
Paytaxt Afinanın qərbində bir bölgədə baş verən və nəzarət altına alınan meşə yanğını yenidən alovlanıb. Binalara yaxın ağaclar yanıb, əlavə təxliyə qərarı verilib.
Yanğınlar Xanthi və Salonikidə də başlayıb. Rodos və Lakoniyadakı yanğınlar da daha geniş əraziyə yayılıb.
Seymur Bənnayev
Sitat.info