Hindistanın qərbindəki Maharaştra əyalətində güclü yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.
Sitat.info xəbər verir ki, yerli hakimiyyət orqanları iyulun 19-da Maharaştranın Raiqad rayonundakı kənddə baş verən sürüşmə nəticəsində ölənlərin sayının 16-ya yüksəldiyini açıqlayıb.
Torpaq sürüşməsi nəticəsində çökən binaların altında qalan insanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən rəsmilər 75 nəfərin xilas edildiyini, lakin xeyli insanın hələ də qapalı vəziyyətdə qaldığını qeyd edib.
Seymur Bənnayev
Sitat.info