ABŞ hərbi PUA-sı Polşada meşəlik əraziyə düşüb

17:12 21 İyul 2023

Polşa Müdafiə Nazirliyi ABŞ hərbi pilotsuz uçuş aparatıbın ölkənin cənub-qərbində meşəlik əraziyə düşdüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin dünən günorta saatlarında baş verən insidentlə bağlı açıqlamasında, təlim zamanı pilotsuz uçuş aparatı ilə əlaqənin kəsildiyi bildirilib.

Pilotsuz uçuş aparatınıb meşəlik əraziyə düşdüyü bildirilən açıqlamada hadisədə xəsarət alan və dağıntı olmadığı açıqlanıb.

Polşa mətbuatına danışa bir şahid deyib ki, ölkənin cənub-qərbində Trzebien kəndi yaxınlığındakı meşəlik ərazidə bir obyektin düşdüyünü gördükdən sonra yanğınsöndürmə briqadasına məlumat verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti