Hindistanda insanlara su ilə yoluxa biləcək xəstəliklərə qarşı xəbərdarlıq edilib

18:20 21 İyul 2023

Hindistanın paytaxtı Yeni Dehlinin Şəhər Səhiyyə İdarəsi yağışlı mövsümdə su ilə yoluxan xəstəliklərə yoluxma riskinin artdığını bildirərək əhalini diqqətli olmaları barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Hindistanda musson yağışları davam edərkən, paytaxt Yeni Dehlinin Şəhər Səhiyyə İdarəsi açıqlama verib.

Departament xəbərdarlıq edib ki, mussonlar zamanı dizenteriya və vəba kimi su yoluxucu xəstəliklər daha çox yayılır.

Səhiyyə şöbəsi evdə hazırlanmış və təzə qidalardan istifadə etməyi, şəxsi gigiyenaya diqqət etməyi, susuzluğa qarşı diqqətli olmağı, qusma, sarılıq və qızdırma zamanı həkimə müraciət etməyi tövsiyə edib.

Bundan əlavə, idarə vətəndaşlardan küçə satıcılarından alınan dilimlənmiş meyvələr və çiy qidalardan istifadə etməməyi xahiş edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti