Tunisdə meşə yanğınları 3 gündür davam edir - Havanın temperaturu...

18:29 21 İyul 2023

Tunisin Əlcəzairlə sərhədində yerləşən Maloulahda 3 gündür davam edən meşə yanğınları nəticəsində 470 hektarlıq ərazi külə dönüb. Yanğınlarda ölən və yaralananlar barədə məlumat verilməyib.

Sitat.info xəbər verir ki, Regional Müdafiə Direktoru Abdel Laabidi Malulah meşələrində davam edən yanğınlarda 470 hektar ərazinin yandığını açıqlayıb.

Ölkənin Tabarka qəsəbəsində başlayan yanğın üçün ordu helikopterlərinin iştirakı ilə böyük söndürmə kampaniyasının aparıldığı, minlərlə insanın bölgədən təxliyə edildiyi bildirilib.

Digər tərəfdən, Tunisdə bu il orta göstəricidən 6-10 dərəcə yüksək olan temperatur dünən 47 dərəcəyə çatıb və rekord qırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti