Xankəndidə aksiya: separatçı qurum rəhbərliyi çarəsiz durumda  VİDEO

07:45 26 Mart 2022

Qarabağdakı terrorçu qruplaşmaların bölgəni tərk etməməsi, 10 noyabr 2020-ci il razılaşmasına əməl edilməməsi Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında olan ermənilərin də həyatını iflic edib.

Terrorçu dəstələrin vəziyyəti gərginləşdirən təxribatları, magistral qaz kəmərinin sıradan çıxması nəticəsində yaşanan ağır durum erməniləri hövsələdən çıxarıb. Cümə günü Azərbaycanla mövcud vəziyyətin müzakirəsinin guya Vitali Balasanyana həvalə olunduğu iddia edilsə də, sonradan qarşı tərəf Araik Arityunyanın sərsəm fikrini təkzib etdi.

Martın 25-də, axşam saatlarında Xankəndidəki ermənilərin bir qrupu separatçı qurumun yerləşdiyi binanın önünə toplaşıb və vəziyyətlə bağlı etirazlarını səsləndiriblər. Onların qarşısına özünü “nazir” adlandıran Beqleryan, daha sonra isə baş separatçı Arutyunyan çıxıb və sakitlik yaratmağa cəhd edib. Ərazidə xeyli sayda polis mundirli qanunsuz dəstələr də gözə dəyib

 

 



Xəbər xətti