İtaliyanın Milan şəhərində tornado nəticəsində ağaclar aşıb, evlərin damları uçub.
Sitat.info xəbər verir ki, İtaliyada 47 dərəcəyə çatan temperatur şimal-qərb bölgələrində öz yerini tufan və tornadoya buraxıb.
Lombardiya bölgəsinin Milan şəhərində bu gün yerli vaxtla saat 11:00 radələrində yaranan tornado panikaya səbəb olub.
Tornadonun təsirli olduğu ərazilərdə ağaclar aşıb, evlərin damları uçub. Bəzi binalara ziyan dəyib.
Milanın şimal-şərqindəki Cernusco sul Naviglio və Gessate bölgələrində tornado səbəbiylə meydana gələn 110 hadisəyə yanğınsöndürənlər tərəfindən müdaxilə edildiyi bildirilib.
İtaliya Meteorologiya Xidməti tornado nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.
Seymur Bənnayev
Sitat.info