ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin Qara Dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı “yenidən liderlik rolunu almasını” gözlədiklərini bildirib.
Sitat.info xəbər verir ki, Blinken, Koloradoda davam edən Aspen Təhlükəsizlik Forumunda Türkiyənin Qara dəniz taxıl təşəbbüsündəki rolu və Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı qiymətləndirmələr edib.
Blinken bir sual üzərinə: Türkiyə ilk növbədə BMT-nin Baş katibi Antonio Quterreşlə yaxından işləyərək təşəbbüsün başdan-başa həyata keçirilməsində vəsilə oldu. O, bu təşəbbüsün həyata keçirilməsində böyük iş gördü", - deyib.
Blinken qeyd edib ki, buna görə də biz Türkiyənin bu işin yenidən yoluna qoyulmasında liderlik rolunu oynamasını gözləyirik ki, bütün dünyada insanlar ehtiyac duyduqları qidaları daha əvvəl olduğu kimi münasib qiymətlərlə əldə edə bilsinlər.
Seymur Bənnayev
Sitat.info