İsveçrə Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir

08:15 26 Mart 2022

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinə qoşulur, xüsusən də Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının (hökumətinin) bəyanatında deyilir.

“İsveçrə Avropa İttifaqının 9 və 15 mart tarixlərində tətbiq etdiyi tədbirlərə əməl etməyə davam edir. İndi Rusiyanın enerji sektoru üçün malların və əlaqəli xidmətlərin ixracı qadağandır. Həmçinin energetika sahəsində fəaliyyət göstərən müəssisələrdə iştirak etmək və bu cür müəssisələrə kredit və ya digər maliyyə vəsaiti vermək qadağandır”, - deyə məlumatda vurğulanıb.

Bundan əlavə, Rusiyadan polad və dəmirin tədarükü, bu ölkəyə lüks malların və dəniz naviqasiyası üçün istifadə olunan malların ixracına qadağa qoyulur.

Maliyyə sektorunda müəyyən dövlət şirkətləri ilə əməliyyatların aparılması və kredit reytinqi xidmətlərinin göstərilməsi qadağandır. Eyni zamanda, İsveçrə hökuməti humanitar təşkilatların işini asanlaşdırmaq üçün humanitar məqsədlər üçün maliyyə sanksiyalarından müəyyən güzəştlər barədə qərar qəbul edib.

 

 



Xəbər xətti