Türkmənistanın İsrail qərarı – İran narahatdır

15:00 22 İyul 2023

Türkmənistan Xarici İşlər Nazirliyinin yaxın günlərdə İsraildə səfirliyinin açılacağı barədə bəyanatı İran mediasını “narahat edib”.

Sitat.info xəbər verir ki, bu müstəvidə İran mətbuatı Türkmənistana qarşı materiallar dərc edirlər.

Onların iddiasına görə, İsrail İranın qonşu ölkələri ilə münasibətlərini genişləndirərək İranı mühasirəyə almaq istəyir.

Qeyd edək ki, aprelin 20-də İsrailin Aşqabadda səfirliyinin açılış mərasimi keçirilib.



Xəbər xətti