Rusiya səfiri Polşa XİN-ə çağırıldı

15:15 22 İyul 2023

Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Pavel Yablonski deyib.

Yablonskinin sözlərinə görə, səfir Rusiya prezidentinin bəyanatları və Rusiyanın Polşa və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri ilə əlaqədar çağırılıb.



Xəbər xətti