Rusiyanın hərbi jurnalisti Ukraynada öldürüldü

16:12 22 İyul 2023

RİA agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukrayna ordusunun hücumu zamanı Zaporojyenin Pyatixatki kəndi yaxınlığında öldürülüb.

Sitat.info xəbər verir ki, bununla bağlı BAZA Teleqram kanalı məlumat yayıb.

Bundan başqa, agentliyin fotomüxbiri Konstantin Mixalçevski, “İzvestiya”nın müxbiri Roman Polşakov və operator Dmitri Şikovun yaralandığı da bildirilib.

Qeyd edək ki, Rostislav Juravlev İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın lehinə reportajlar hazırlayıb.



Xəbər xətti