Müharibə veteranı ağır vəziyyətdə: yardım istədi

19:04 22 İyul 2023

Qazax rayonunun Bala Çaylı kənd sakini, Vətən müharibəsi veteranı Fərid Vüqar oğlu Kərimli ağır xəstəlikdən əziyyət çəkir.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a Fərid Kərimli özü bildirib.

1996-cı il təvəllüdlü F.Kərimli deyib ki, 2020-ci il mayından Ordumuzda MAXE kimi xidmətə başlayıb:

“Vətən müharibəsi başlayan ilk gündən – 27 sentyabr 2020-ci ildən döyüşlərə qatılmışam, Füzuli və Xocavənd istiqamətində döyüşmüşəm. Müharibədən sonra isə Kəlbəcərdə xidmətə davam etmişəm”.

F.Kərimli “Vətən müharibəsi iştirakçısı”, “Füzulunun azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Fərid Kərimlinin sözlərinə görə, 2022-ci ilin oktyabr ayında xidmətdə olarkən kəskin ağrıları başlayıb və Hərbi Hospitala təxliyə olunub:

“Müayinə zamanı mənə kəskin leykoz (leykemiya) diaqnozu qoyuldu və təcili əməliyyat olunmağım məsləhət görüldü. Əməliyyat Türkiyədə olmalıdır və çox bahalı – 80 min dollara başa gələn əməliyyatdır. Mənim isə heç bir imkanım yoxdur”.

Müharibə veteranı imkanlı şəxslərdən yardım göstərməsini xahiş edib.

Yardım etmək istəyənlər üçün tel.: 050 361 50 52.



Xəbər xətti