Danimarka XİN-dən Quranın yandırılmasına reaksiya

19:55 22 İyul 2023

Danimarka Xarici İşlər Nazirliyi Kopenhagendə Quranın yandırılmasını pisləyib.

Sitat.info xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib.

"Müqəddəs kitabların və digər dini rəmzlərin yandırılması başqalarının dininə hörmətsizlik və utancverici bir hərəkətdir. Bu, müxtəlif dinlər və mədəniyyətlər arasında nifaq yaradan təxribat hesab olunur", - XİN-dən verilən açıqlamada qeyd olunub.



Xəbər xətti