Bosniya və Herseqovinanın Dövlət Radio və Televiziyası (BHRT) maliyyə problemlərinə görə bağlanmaq təhlükəsi ilə üzləşib.
SİTAT.İNFO Azərtac-a istinadən xəbər verir ki, bank hesabları dondurulan qurumun direktorlar şurası Bosniya və Herseqovina hökumətinə və BHRT-nin səhmdarlarına ictimai yayımın davam etdirilməsi üçün müraciət ünvanlayıb.
Problemin mühüm hissəsi Serb Respublikası Radio və Televiziyasının (RTRS) 2017-ci ildən bəri BHRT-yə qanunla müəyyən olunan ödənişləri etməməsindən irəli gəlir.
Kanal rəhbərliyi BHRT-nin borcunun artdığını və bank hesablarının təxminən üç həftədir dondurulduğunu bildirib.
BHRT-nin bağlanması 870 nəfərin işsiz qalması ilə nəticələnə bilər.