Ağdamda qazbeton blok istehsal ediləcək

11:53 24 İyul 2023

Eos Qrup QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Sitat.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 18-yə çatıb:

"Şirkət Parkın ərazisində investisiya dəyəri 4,7 milyon manat olan qazbeton blok istehsalı müəssisəsi yaradacaq və 49 nəfəri işlə təmin edəcək".



Xəbər xətti