İsrailin özəl sektoru hökumətə qarşı tətil edir

12:35 24 İyul 2023

Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi koalisiyanın Ali Məhkəmənin hökumət üzərində nəzarətini ləğv edən qanun layihəsini yekun təsdiq üçün Parlamentə təqdim etməsindən sonra İsraildə iri şirkətlər və yüksək texnologiya firmaları tətil etmək qərarına gəlib.

Sitat.info xəbər verir ki, Netanyahu hökuməti bu gün mübahisəli qanun layihəsini qəbul etməyə hazırlaşarkən, ölkə daxilində etirazlar və qarşıdurmalar sürətlənib.

İsrail mətbuatında çıxan xəbərə görə, aralarında alış-veriş mərkəzləri, banklar, yanacaqdoldurma məntəqələri və supermarketlər də daxil olmaqla 150-yə yaxın şirkəti təmsil edən İsrail İş Təşkilatı hökumətin məhkəmə tənzimləmələrinə qarşı bu gün tətil edəcəklərini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti