ABŞ-ın Alyaska əyalətində helikopterin qəzaya uğraması nəticəsində həyatını itirən 4 nəfərin cəsədi mütəxəssis qrupların işi nəticəsində göldən çıxarılıb.
Sitat.info xəbər verir ki, iyulun 20-də Alyaskada baş vermiş helikopter qəzası ilə bağlı axtarış-xilasetmə işləri yekunlaşıb.
Alyaska Dalğıc, Axtarış və Xilasetmə qruplarının Ueynrayt qəsəbəsi yaxınlığındakı göldəki dağıntılar arasında apardığı işlər nəticəsində 4 nəfərin cansız cəsədi tapılıb.
Rəsmilər qeyd ediblər ki, uyğun helikopterlərin olmaması səbəbindən helikopterin qalıqlarını daha bir neçə gün göldən çıxarmaq mümkün olmayıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının Alyaska Bölgəsi Başçısı Clint Johnson, qalıqları çıxarmağın yeganə yolunun başqa bir helikopterdən istifadə etmək olduğunu, lakin bölgədə yanğınların davam etdiyi üçün helikopter əldə etməkdə çətinlik çəkdiklərini ifadə edib.
Seymur Bənnayev
Sitat.info