Ötən gecə Ukraynanın Odessa bölgəsində pilotsuz təyyarələrlə həyata keçirilən hücumda Rusiyanın Dunay çayındakı liman infrastrukturunu hədəf aldığı bildirilib.
Sitat.info xəbər verir ki, Ukraynanın Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabından verdiyi açıqlamada rus əsgərlərinin ötən gecə Odessa vilayətinə növbəti hücumu həyata keçirdiklərini deyib.
Rusların Dunayın liman infrastrukturunu hədəf aldığını qeyd edən Kiper: "Ruslar "Şahed" pilotsuz uçuş aparatları ilə limanlara 4 saat ərzində hücum etdi. 3 PUA hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edildi", - açıqlamasında deyib.
Hücumlar nəticəsində 6 nəfərin yaralandığı barədə məlumatı paylaşan Kiper, taxılla dolu anqarın məhv edildiyini, saxlama çənlərinin zədələndiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info