ABŞ Myanmaya qarşı sanksiyalar tətbiq edib

09:45 26 Mart 2022

ABŞ Myanma hərbi rejimi ilə əlaqəli beş fiziki şəxs və beş quruma qarşı sanksiyalar tətbiq edib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Karen ştatının Pyai və Khpruso kəndlərində mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan 66-cı yüngül piyada diviziyası sanksiya siyahısına salınıb.

Myanma hakimiyyəti isə bəyan edir ki, heç vaxt soyqırım aktlarında iştirak etməyib və milli, irqi və dini qrupu məhv etmək niyyətində deyil.



Xəbər xətti