Avstraliya hökuməti ABŞ-dan dəyəri 6,6 milyard dollar olan 20 ədəd “C-130 Hercules” hərbi yük təyyarəsi alacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Avstraliyanın müdafiə sənayesi naziri Pat Conroy ölkəsinin hərbi investisiyalarını genişləndirəcəyini və ABŞ-dan ümumi dəyəri 6,6 milyard dollar olan 20 ədəd "C-130 Hercules" təyyarəsi alacağını açıqlayıb.
Conroy bu çərçivədə ilk təyyarənin 2027-ci ildə təhvil verilməsinin planlaşdırıldığını və bu təyyarələrin Avstraliya Kral Hava Qüvvələrinə (AKHQ) aid 12 "Hercules" tipli təyyarə parkını vaxtında əvəzləyəcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info