Kreml: Moskvaya PUA hücumları ilə bağlı tədbirlər görülür

16:24 24 İyul 2023

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvaya pilotsuz uçuş aparatının (PUA) hücumları ilə bağlı hava hücumundan müdafiə tədbirlərinin görüldüyünü bildirib.

Sitat.info xəbər verir ki, Peskov bu gün səhər tezdən Moskvaya pilotsuz təyyarə hücumları ilə bağlı jurnalistlərə açıqlama verib.

Sözügedən PUA-ların zərərsizləşdirildiyini xatırladan Peskov deyib : "Deməli, bu (havadan müdafiə) məsələsində tədbirlər görülür".

Peskov xatırladıb ki, hava hücumundan müdafiə sistemlərinin inkişafı və daha intensiv işləməsi məsələsi Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti