Rusiyada rəqəmsal rublun istifadəsinə başlanılır

16:26 24 İyul 2023

Rusiya prezidenti Vladimir Putin ölkədə rəqəmsal rublun tətbiqi və istifadəsi üçün elektron platformanın yaradılması haqqında qanunu təsdiqləyib.

Sitat.info xəbər verir ki, ​​​​​​Putinin imzaladığı fərmana əsasən, Rusiyada rəqəmsal rubldan istifadəyə başlanılacaq.

Rusiya rublunun nağd və nağdsız istifadə ilə yanaşı rəqəmsal şəkildə istifadəsini nəzərdə tutan fərmana əsasən, qurulacaq yeni elektron platforma vasitəsilə yeni rubl formatında əməliyyatlar mümkün olacaq.

Fərmanda qeyd olunub ki, sözügedən platforma Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti