İsrail parlamenti mübahisəli məhkəmə tənzimlənməsi haqqında qanun layihəsini təsdiqləyib

17:40 24 İyul 2023

İsrail parlamenti Baş nazir Benyamin Netanyahu hökumətinin Ali Məhkəmənin icra hakimiyyətləri üzərində nəzarətini aradan qaldıran mübahisəli qanun layihəsini 2-ci və 3-cü oxunuşdan təsdiqləyib.

Sitat.info xəbər verir ki, İsrail Assambleyası bazar günündən bəri davam edən etirazlarla hökumətin mübahisəli məhkəmə tənzimləməsində Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsinin 2-ci və 3-cü oxunuşu üçün parlamentin ətrafına toplaşıb.

Qanun layihəsinin parlamentdə müzakirəsi başa çatdıqdan sonra səsvermə keçirilib. Müxalifət deputatları qanun layihəsini boykot etmək üçün Baş Assambleyanı tərk edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti