Putin Afrikaya taxıl zəmanəti verdi

17:50 24 İyul 2023

Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinə Ukraynadan ala bilmədikləri taxılı həm kommersiya, həm də pulsuz göndərə biləcəklərinə söz verib.

Sitat.info xəbər verir ki, Putin 27-28 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı yazdığı məqaləsində ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini bildirib.

ABŞ və Avropa işgüzar dairələrinin taxıl müqaviləsindən zənginləşmək üçün istifadə etdiklərini və Ukrayna taxılının 70 faizinin yüksək və orta təbəqənin yüksək gəlirli ölkələrinə getdiyini bildirən Putin, Efiopiya, Sudan, Somali, Yəmən və Əfqanıstan kimi ölkələrin Ukrayna taxılının yalnız yüzdə 3-ünün müqavilə çərçivəsində getdiyini vurğuladı.

Ölkəsinin bu il rekord məhsul gözlədiyinə işarə edən Putin deyib: “Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər”.

Ölkəsinin 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini deyən Putin, 2023-cü ilin ilk yarısında 10 milyon ton taxıl göndərdiyini xatırladıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti