Moskvaya 2 PUA hücumu təşkil edilib

17:55 24 İyul 2023

Rusiyanın paytaxtı Moskvada Ukraynanın iki pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyi, ölən və yaralanan olmadığı açıqlanıb.

Sitat.info xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, yerli vaxtla saat 04:00 radələrində iki pilotsuz uçuş aparatı Moskvaya hücum edib.

Pilotsuz təyyarələrin iki boş binaya dəydiyini qeyd edən Sobyanin, hücumlar nəticəsində ölən və yaralanan olmadığı barədə məlumatı paylaşıb.

Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada PUA hücumlarının Ukrayna tərəfindən həyata keçirildiyi bildirilib.

“Kiyev rejiminin qarşısı alınan terror hücumunda can itkisi olmayıb”, -  bəyanata daxil edilmişdir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti