Əlcəzair 7 fərqli şəhərdə meşə yanğınları ilə mübarizə aparır

17:58 24 İyul 2023

Əlcəzair Mülki Müdafiə Başçılığı isti hava səbəbindən ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, havadan və qurudan söndürmə işlərinin davam etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Prezidentlikdən verilən yazılı açıqlamaya görə, ölkənin şimalındakı Tipaza, Buveyra (Bouira), Bicaya (Bejaia), Mustağanim, Setif, Skikda və Cicil  (Jijel) şəhərlərində meşə yanğınları baş verib.

Buveyra şəhərində yanğına havadan da müdaxilə edildiyi, bu günə qədər can itkisinin yaşanmadığı, lakin xalqın yenə də diqqətli olması lazım olduğu açıqlanıb.

Qeyd edək ki, Əlcəzair rəsmiləri həftələrdir davam edən isti hava dalğasının meşə yanğınlarına səbəb ola biləcəyi ərəfəsində yüksək həyəcan vəziyyətinin işə salındığını açıqlayıb.

Təxminən bir aya yaxındır ki, Əlcəzairdə paytaxtda 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcə rekord temperatur müşahidə edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti