Medvedyev: “Nüvə təhlükəsi hər zaman mövcud olub”

10:30 26 Mart 2022

Heç kim heç bir müharibəni istəmir, lakin nüvə təhdidi hər zaman mövcuddur.

APA-nın xəbərinə görə, bunu "Ria Novosti"yə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmirti Medvedyev bildirib.“Hamıya məlumdur ki, NATO-nun nüvə vasitələrinin hədəfində Rusiyadakı obyektlər dayanır. Rusiyanın döyüş başlıqları isə Avropa və ABŞ-dakı həfədlərə tuşlanıb. Həyat belədir. Bu səbəbdən məsuliyyətli siyasət aparmaq lazımdır. Nüvə təhlükəsi hər zaman mövcud olub” – deyə Medvedyev xəbərdarlıq edib.



Xəbər xətti