İsraildə etirazlara səbəb olan qanun təsdiqləndi

20:00 24 İyul 2023

İsrail parlamentinin deputatları müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatları çərçivəsində birinci qanun layihəsini səs çoxluğu ilə təsdiq ediblər.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, 120 yerlik parlamentdə hakim koalisiyadan olan 64 deputat qanun layihəsinin lehinə səs verib. Müxalifətdən olan deputatlar isə həlledici səsi boykot edərək iclas zalını tərk ediblər.



Xəbər xətti