Qırğızıstanda enerji sektorunda fövqəladə vəziyyət elan edilib

21:33 24 İyul 2023

Qırğızıstanda enerji sektorunu böhrandan çıxarmaq üçün 3,5 il müddətinə fövqəladə vəziyyət elan edilib.

Sitat.info xəbər verir ki, Qırğızıstan Prezidenti Sadir Çaparov enerji sektorunda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb.

Çaparov enerji sektorunda fövqəladə vəziyyətin elan edilməsi üçün iqlim dəyişikliyi, çaylarda suyun azalması, enerji istehlakının sürətli artımı və gücün çatışmazlığını göstərib.

Enerji sektorunda fövqəladə vəziyyət 2023-cü il avqustun 1-dən 2026-cı il dekabrın 31-dək qüvvədə olacaq və bütün məsuliyyət energetika nazirinin üzərinə düşür.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti