Sudandakı xəstəxanaların 70 faizi xidmət göstərə bilmir

21:36 24 İyul 2023

Sudan Həkimlər Birliyi paytaxt Xartum və digər münaqişə bölgələrindəki xəstəxanaların 70 faizinin xidmət göstərə bilmədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, birlik ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında aprelin ortalarında başlayan və 100 gün davam edən qarşıdurmaların səhiyyə ocaqlarına təsiri ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada paytaxt və digər şəhərlərdəki 89 xəstəxanadan 62-nin xəstə qəbul edə bilmədiyi, 27 xəstəxananın normal və ya qismən fəaliyyətini davam etdirdiyi, münaqişə zonalarında yerləşən xəstəxanaların 70 faizinin isə xidmət göstərə bilmədiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti