Sudanda yük təyyarəsi qəzaya uğrayıb: 9 nəfər ölüb

21:39 24 İyul 2023

Sudan ordusu Antonov tipli mülki yük təyyarəsinin ölkənin şərqindəki Port Sudan hava limanında havaya qalxarkən qəzaya uğradığını və 9 nəfərin öldüyünü açıqlayıb.

"Bu axşam Port Sudan hava limanında Antonov tipli mülki yük təyyarəsi uçuş zamanı texniki nasazlıq nəticəsində qəzaya uğrayıb", - ordunun bəyanatında deyilir.

Qəzada 4-ü hərbçi olmaqla 9 nəfər ölüb, 1-i uşaq sağ qalıb.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti