Nikol Paşinyanın Moskva səfəri gecikir

10:10 26 Mart 2022

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci yarısına, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın isə aprelin 8-nə planlaşdırılıb.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri (aprelin ikinci ongünlüyü) və xarici işlər naziri Ararat Mirzoyanın (8 aprel) işgüzar səfəri planlaşdırılır. Müxtəlif səviyyələrdə digər təmaslar üzərində iş aparılır", - Rusiya XİN-dən bildiriblər.

Xatırladaq ki, Ermənistanın baş naziri Rusiyaya gözlənilən səfərini martın 10-da hökumətin iclasında açıqlayıb. Aprel ayında Ermənistan və Rusiya diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. N.Paşinyan aprelin 9-da Moskvaya səfər edəcəyini demişdi.



Xəbər xətti