TikTok "mətn postu" funksiyasını elan edir

10:09 25 İyul 2023

Video paylaşma proqramı "TikTok"da indi yalnız mətn yazıları da paylaşıla bilər.

Sitat.info xəbər verir ki, "TikTok" mikrobloq formatına uyğun məzmun paylaşmağa imkan verən yeni funksiyasını təqdim edib.

Müvafiq olaraq, istifadəçilər yalnız mətn məzmunu, həmçinin video və foto seriyalar yarada və dərc edə biləcəklər.

Mətn yazıları Instagram Hekayələrindəki yazılara bənzər şəkildə yaradıla bilər, o cümlədən fon rəngi, mətn tərzi, musiqi və hashtaglar. Yazılar min simvolla məhdudlaşacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti