İsrailin keçmiş baş naziri Olmert: Vətəndaş müharibəsinə doğru gedirik

10:15 25 İyul 2023

İsrailin keçmiş prezidenti Ehud Olmert ölkə daxilində kütləvi etirazlara səbəb olan məhkəmə qaydasının parlament tərəfindən təsdiqlənməsindən sonra deyib: “Vətəndaş müharibəsinə doğru gedirik”.

Sitat.info xəbər verir ki, Olmert, Baş nazir Binyamin Netanyahu hökumətinin parlamentdən keçdiyi mübahisəli məhkəmə tənzimləməsi ilə bağlı Britaniyanın "Kanal 4"ə açıqlama verib.

İsraildə Ali Məhkəmənin icra hakimiyyəti üzərində nəzarətini ləğv edəcək qanuna qarşı yanvar ayından bəri davam edən etirazlara verdiyi dəstəyi ilə tanınan Olmert: "Bu, hər zamankindən daha ciddi təhlükədir. Biz vətəndaş müharibəsinə doğru gedirik", - deyə o açıqlamasında deyib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti