Fransada yüksək yanğın riski səbəbindən "qırmızı həyəcan" elan edilib

10:20 25 İyul 2023

Fransanın cənubundakı Bouches-du-Rhone bölgəsində temperaturun "çox yüksək yanğın riski" yaratdığı əsas gətirilərək "qırmızı xəbərdarlıq" verilib.

Sitat.info xəbər verir ki, Fransa Meteorologiya İdarəsi Bouches-du-Rhone bölgəsində sabah üçün "çox yüksək yanğın riski" ilə bağlı xəbərdarlıq edib.

Xəbərdarlıq səbəbindən bölgədə hava şəraitinin meşə və bitki örtüyü yanğınlarına səbəb və yayılma riskini çox artıracağı səbəbi ilə qırmızı xəbərdarlıq elan edilib.

Digər tərəfdən, Fransanın Korsika adasının dəniz kənarında, gün ərzində temperaturun 40 dərəcəyə çatması ehtimalı ilə bağlı qırmızı təhlükənin alt qatı olan "narıncı həyəcan" elan edilib.

Artıq bölgədə havanın temperaturu 34 dərəcəyə çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti