MAQATE-dən dəhşətli AÇIQLAMA: Zaporojye AES-in ərazisinə minalar döşənib

13:04 25 İyul 2023

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri Rusiya hərbçilərinin nəzarətində olan Zaporojye atom elektrik stansiyasının ərazisinin “periferiyasında” yerləşdirilmiş piyada əleyhinə minalar aşkar ediblər.

Sitat.info xəbər verir ki, bu barədə MAQATE-nin bəyanatında deyilir.

MAQATE mütəxəssisləri elektrik stansiyasının perimetri ətrafında xarici və daxili hasar arasında yerləşdirilən bir neçə mina görüblər. Bəyanatda qeyd edildiyi kimi, “partlayıcı maddələrin olması MAQATE-nin təhlükəsizlik standartlarına ziddir və işçilərə əlavə psixoloji təzyiq yaradır”.

MAQATE ekspertlərinin ilkin qiymətləndirməsinə görə, bu minaların partlaması elektrik stansiyasının nüvə təhlükəsizliyinə təsir etməməlidir.

Ötən günlər və həftələr ərzində Beynəlxalq Atom Enerjisi Agentliyinin stansiyada yoxlama aparan ekspertlər ağır hərbi texnika aşkar etməyiblər.

Bununla belə, bəyanatda vurğulanır ki, MAQATE nümayəndələrinə AES-in  reaktorlarının və turbin salonlarının damlarına, o cümlədən xüsusi maraq doğuran üçüncü və dördüncü enerji bloklarına giriş qadağan edilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti