Krımda partlayışlar baş verdi

13:23 25 İyul 2023

İyulun 25-də səhər saatlarında Krımın Krasnoqvardeysk rayonunda partlayış səsləri eşidilib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Krımda baş verən partlayışlar fonunda Sevastopoldakı ruslar mülki dəniz nəqliyyatının hərəkətini dayandırıblar:

“Ehtimal var ki, Krasnoqvardeysk rayonunda baş verən partlayışlar ərazilərin minalardan təmizlənməsi də olar bilər. Eyni zamanda, Pervomaysk rayonunda da partlayış səsləri eşidilib”.

Hələlik partlayışlarla bağlı rəsmi məlumat yoxdur.



Xəbər xətti