AB İrana yeni sanksiyalar tətbiq etdi

15:00 25 İyul 2023

İrana qarşı PUA istehsalı sahəsində əməkdaşlığın qadağan edilməsini nəzərdə tutan yeni sanksiyalar tətbiq olunur.

Sitat.info xəbər verir ki, bu barədə AB-nin rəsmi saytında məlumat yayılıb.

“AB mənşəli olub-olmamasından asılı olmayaraq, İranın istənilən fiziki və hüquqi şəxslərinə PUA-ların istehsalı üzrə imkanlarının genişləndirilməsinə töhfə verə biləcək malların, eləcə də texnologiyaların birbaşa və ya dolayı yolla satışı, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, - məlumatda deyilir.

Qeyd olunur ki, yeni sanksiyalarda İranda dron istehsalının işlənib hazırlanmasında əli olan şəxslərə qarşı şəxsi məhdudiyyətlərin tətbiqi imkanı da nəzərdə tutulur.



Xəbər xətti