Ekvadorda zorakılıqlara görə fövqəladə vəziyyət elan edilib

15:37 25 İyul 2023

Cənubi Amerika ölkəsi Ekvadorda şiddətin artması və Manta merinin qətlindən sonra iki ştat və bir regionda fövqəladə vəziyyət elan edilib.

Sitat.info xəbər verir ki, CNN-in xəbərinə görə, Ekvador prezidenti Gilyermo Lasso zorakılığın baş verdiyi ərazilərdəki inkişafı və zorakılıqla mübarizə üsullarını müzakirə etmək üçün yerli hakimiyyət orqanları və Təhlükəsizlik Şurası ilə görüşüb.

Manabi və Los Rios ştatlarında, eləcə də Duran bölgəsində hökumətin elan etdiyi fövqəladə vəziyyət çərçivəsində 60 gün davam edəcək gecə komendant saatı tətbiq edilib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti