İsrail həkimləri məhkəmə qayda-qanunlarına etiraz etmək üçün sabah tətil edəcəklər

15:40 25 İyul 2023

Ali Məhkəmənin icra hakimiyyəti üzərində nəzarətini aradan qaldıracaq mübahisəli qanun layihəsinin təsdiqlənməsinə cavab olaraq İsrail həkimləri sabah tətil edəcəklər.

Sitat.info xəbər verir ki, “Yediot Ahronot” qəzetinin xəbərinə görə, “Ağ xalatlılar” adlı hərəkat WhatsApp vasitəsi ilə mövzu ilə bağlı həkimlərə mesaj göndərib.

"İrqçi hökumət çevriliş edir. Sabah diktaturanın ilk günü tətilə çıxacağıq".

Mesajda xəstəxanaların təcili xidmətlərindən başqa işlərin qalacağı qeyd edilib.

Qeyd edək ki, İsrail Məclisi dünəndən bəri parlament ətrafında davam edən etirazlara baxmayaraq, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti